Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Suriya sahillərinin yaxınlığında İrana məxsus bir tanker gəmisində ard-arda iki partlayış baş verib.
Ovqat.com xəbər ki, tanker Banyas neft emalı zavoduna yaxınlaşarkən partlayışa məruz qalıb.
Partlayışların səbəbi bəlli olmasa da, tankerin hücuma məruz qaldığı istisna edilmir. Yerli qaynaqlara istinad edilən, lakin hələ rəsmən təsdiqlənməmiş məlumatlara görə, tankerlə İrandan Suriyaya neft nəql olunurmuş.
Qeyd edək ki, son zamanlar İranla İsrail arasında birtərəfli qaydada “tanker döyüşləri” yaşanır. ABŞ-ın “Wall Street Journal” nəşri mart ayının əvəvllərində dərc etdiyi bir xəbərdə bildirirdi ki, təkcə 1 həftə ərzində İsrail 12 İran gəmisinə zərbə endirib. İsrailin kəşfiyyat orqanları isə nəşrə verdikləri açıqlamada dərc edilən rəqəmin “aysberqin yalnız görünən hissəsi” olduğunu vurğulamışdılar. Onların iddiasına görə, İran gəmilərinə hücumlar deyiləndən dəfələrlə çox olur. Mənbələrə inansaq, İsrail Suriyadakı hədəflərə hava hücumları ilə müqayisədə açıq dənizlərdə İran gəmilərinə daha çox sayda zərbələr endirir. Ancaq nə Tehran, nə də Tel-əviv bu barədə məlumat vermək istəyirlər.
Bildirilir ki, tərəflər arasında bu hücumları ictimailəşdirməmək barədə şifahi razılıq əldə olunub. Zira İsrail üçün bunun təbliğati yönündən çox hədəfə çatmaq maraqlıdır. İran isə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları gizli şəkildə pozduğunu gizlətməyə və öz üzərinə əlavə təzyiqləri çəkməməyə səy göstərir. Tehran bu hücumlar barədə səsini çıxarsa, həm başda ABŞ olmaqla Qərb dövlətlərinə cavab verməli, həm də beynəlxalq prosedurları pozduğunu etiraf etməlidir. Sanksiyaların pozulmasının etirafı isə müştəriləri də çətin vəziyyətdə qoya və onlar itirilə bilər. İki düşmən ölkənin nəticə etibarilə eyni məxrəcdə birləşən maraqları açıq dənizlərdə hücuma məruz qalan gəmilərin həqiqi sayının gizli tutulması ilə nəticələnir.
Xəbərdə o da qeyd olunurdu ki, İsrailin kəşfiyyat orqanları bacardıqları qədər tankerləri tamamilə partlatmamağa, lakin onlara ciddi texniki zərər vurmağa çalışırlar. Bu gün Banyas neft emalı zavodu yaxınlığında böyük ehtimalla hücuma məruz qalan tankerin də eyni qaydada tamamilə partladılmadan, sadəcə iki dəqiq zərbə ilə istifadəyə yararsız hala gətirildiyi müşahidə olunur.
İrana məxsus olduğu güman edilən digər bir yük gəmisinin Ərəb dənizinin şimal hissəsində müsadirə olunduğu xəbər verilir. Budəfəki gəmini ələ keçirən isə İsrail yox, ABŞ Hərbi Dəniz Qüvvələri olub.
Pentaqonun bəyanatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Monteray” hərbi gəmisi beynəlxalq sularda hər hansı dövlətə məxsus olmayan silah yüklü yelkənli taxta gəmi aşkarlayıblar. Gəmidən Rusiya istehsalı olan bir neçə uzaqdan idarəolunan tank əleyhinə raket, Çin istehsalı olan piyada tüfəngləri, PKM tipli pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar götürülüb. Silahla yanaşı, bir çox silah binokl və avadanlıqlar da ələ keçirilib.
Bildirilir ki, gəminin haraya gedəcəyini və haradan gəldiyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb və tədqiqatlar davam edir.
Ehtimal olunur ki, gəmi İrandan Yəmən Husilərinə silah daşıyırmış.
VİDEO ⬅️ Tıkla
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar