Xəbər lenti

 
Amerika Birləşmiş Ştatları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "antisemit açıqlamalarını" qəti şəkildə qınayır və onu "nifrət nitqindən" çəkinməyə çağırıb. 
 
Ovqat.com xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın çərşənbə axşamı yaydığı bəyanatında belə deyilir.
 
"ABŞ Prezident Ərdoğanın yəhudi xalqına qarşı son zamanlarda antisemit ritorikasını kəskin şəkildə qınayır və onları məzəmmətə layiq hesab edir. Prezident Ərdoğanı və digər türk liderləri daha çox şiddətə səbəb ola biləcək nifrət çıxışından çəkinməyə, Türkiyəni Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə qarşıdurmaya son qoymağa çalışan səylərinə qoşulmağa çağırırıq", - deyə bildirən diplomat konkret hansı açıqlamaları nəzərdə tutduğunu göstərməyib.


 
 
"Amerika Birləşmiş Ştatları bütün formalarda antisemitizmə qarşı mübarizəyə dərindən sadiqdir. Biz tez-tez antisemitizmi müşayiət edən zorakılığa və onun əsasını təşkil edən təhlükəli yalanlara ciddi yanaşırıq. Biz həmişə yalanı faktlara qarşı qoymalı və nifrət cinayətlərinə ədalətli cavab verməliyik", - Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
 
"Türkiyə prezidenti Ərdoğanın antisemit fikirləri pislənməyə layiqdir və bu fikirlərə dünya arenasında yer yoxdur, ümumiyyətlə, harada olursa - olsun", - deyə Prays Twitter paylaşımında əlavə edib.

Bəyanat bu linkdə

Qeyd edək ki, Türkiyə prezidenti İsrailin Fələstinə qarşı qeyri-adekvat güc tətbiq etməsini sərt dillə qınamış və problemin ən uğurlu həll yolunu Qüdsdə xristian, müsəlman və yəhudilərdən ibarət 3 tərəfli idarəetmə mexanizmi qurulmasında görmüşdü. Ərdoğanı bu cür sərt təpki göstərməyə vadar edən isə mayın 10-dan etibarən Tel-əvivin başlatdığı hərbi əməliyyatlarda, ən son məlumatlara görə, 61-i uşaq, 36-sı qadın olmaqla 213 fələstinli həyatını itirməsi, Qəzzada bir çox yaşayış binasının yerlə yeksan olunmasıdır.


Ana səhifəyə qayıt        Baxış: 5 794          Tarix: 19-05-2021, 07:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma