Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Həftəsonu “Ryanair” təyyarəsi Minskdə məcburi endirilənədək Avropa Birliyi (AB) Belarusla bağlı kəskin etinasızlıq yaşayırdı.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Avropada Covid-19 pandemiyasının davam etməsi, Rusiyayla münasibətlərin pisləşməsi, İsrail-Fələstin münaqişəsi Brüsselin şərq qonşusunda yaşananları blok üçün arxa plana keçirmişdi. Aleksandr Lukaşenko rejimi təyyarəyə məcburi eniş etdirib müxalifət fəalı Roman Protaseviçi saxlayınca Belarus yenidən AB-nin gündəmində önə çıxdı. Mayın 24-də axşam blok liderləri bir araya gələrək Belarusla bağlı bəyanat və narahatlıq ifadə edən bəyanatdan daha artıq iş görməlidirlər.
Brüssel hansı addımları ata bilər? İlk addım Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) təhqiqat aparmağa çağırmaq olacaq. "Belavia" dövlət hava şirkətinin AB aeroportlarına uçuşlarının, Belarusun hava məkanından AB hava reyslərinin dayandırılması haqda söz-söhbət var.
Bütövlükdə tranzitin, eləcə də Belarusda bloka quru tranzitinin dayandırılması da təklif olunur. Amma qonşu Polşa kimi ölkələrin bu addımın potensial iqtisadi təsirindən dolayı buna razılaşacağı dəqiq deyil. Beynəlxalq Valyuta Fondundan Minskə Covid-19 pandemiyası ilə mübarizə üçün ayırmaların bloklanacağı da bəlli deyil. Bundan başqa qurumlara və fərdlərə aktivlərin dondurulması, viza qadağaları kimi ənənəvi sanksiyalar da mümkündür.
Sanksiyaların dördüncü raundu üzərində iş ilin əvvəlindən başlamışdı və iyunun 21-dək açıqlanmalıydı. Fevraldan başlanmalı olan iş ağrılı dərəcədə ləng gedir və elə bu da Brüsselin Belarusa laqeydliyini aşkar göstərir.
Məsələ ondadır ki, AB-nin diplomatik korpusu sanksiya paketi təşəbbüsünü irəli sürməyə tərəddüd edir, bunun üzv ölkələrin etməli olduğunu bildirir. Litva kimi ölkələr isə deyirlər ki, elə həmişə Vilnüs, yaxud AB-nin digər şərq üzləri belə təşəbbüslərin önündə getməli deyil.
Bu kontekstdə Lukaşenkonun mayın 23-dəki hərəkəti o qədər də təəccüb doğurmur. Mübahisəli avqust seçkisindən sonra o, müxalifəti sıxışdırmağa davam edir, AB isə azından son altı ayda buna elə də böyük reaksiya verməyib.
“AB-nin bəzi rəsmiləri deyiblər ki, Lukaşenkonu rəsmən tanımasalar da, qalib gəlməsi və ölkəni idarə edəcəyi ilə razılaşıblar. Belə bir hiss vardı ki, Belarus Qərbin rahatlıqla gözardı etdiyi ölkəyə çevriləcək, müxalifət lideri Svetlana Tixanovskaya isə ölkənin mühacirətdə yaşayan lideri kimi tanınacaq. İndi bunu dəyişməyə şans yarana bilər – əgər AB və Qərbin qalan hissəsi bunu həqiqətən də istəyirlərsə”, – məqalədə deyilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar