Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Rusiyanın neft nəhəngi “Rosneft” Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın şirkətin direktorlar şurasına daxil edildiyini təsdiqləyib.
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə onun toyunda qonaq olmuş və hətta təzəgəlinlə rəqs də etmişdi. Şirkətin iyunun 2-də verdiyi açıqlamada deyilir ki, Knaysl “Rosneftin” direktorlar şurasına müstəqil direktor kimi daxil edilib.
Avstriya kansleri Sebastyan Kurtsun hökumətində xarici işlər naziri olmuş xanım Knaysl 2018-ci ilin avqustunda Putini öz toyuna dəvət etməklə xəbər başlıqlarına çıxmışdı. Bu toy dəvəti Putinə Avropa İttifaqının Krımın ilhaqına görə Rusiya ilə qarşıdurmada olduğu bir vaxtda verilmişdi.
Heç bir siyasi oriyentasiyası olmadığını deyən Knaysl Yaxın Şərq üzrə ekspertdir və xarici işlər naziri vəzifəsinə ifrat sağçı Azadlıq Partiyası tərəfindən təyin olunmuşdu. Bu partiya Putinin Vahid Rusiya partiyası ilə əməkdaşlıq sazişinə malikdir. O hökumət postunu 2019-cu ildə tərk edib.
Knayslın şəxsi internet saytında verilən məlumata görə 56 yaşlı keçmiş nazir Kremlin maliyyələşdirdiyi RT xəbər təşkilatı üçün bir neçə rəy məqaləsi yazıb.
“Rosneft” şirkətinə Vladimir Putinin yaxın adamı İqor Seçin başçılıq edir. Bu da məlumdur ki, Knaysldan başqa “Rosneft”-in direktorlar şurasının 9 nəfərlik heyətinə Almaniyanın keçmiş kansleri Şröder və BP-nin baş icraçı direktoru Bernard Luni də daxildir.
Avstriya Rusiyanın “Şimal Axını 2” kəmər layihəsində iştirak edir və ölkənin kansleri Sebastyan Kurts Rusiyaya qarşı yeni sanksiyaların qoyulmasına qarşı çıxır.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar