Xəbər lenti

 
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xarici lideri Xalid Məşal Twitter üzərindən qatıldığı canlı yayımda ona ünvanlanan bir çox suallara maraqlı cavablar verib.
 
Ovqat.com
xəbər verir ki, suallar əsasən, 4 məsələyə həsr olunub: HƏMAS-ın “Ərəb baharı”na münasibəti, Suriya məsələsinə baxışı, Türkiyənin dəstəyinin nə qədər effektli olub-olmaması və İranla əlaqələrinin səbəbləri.
 
 
Suriya məsələsi
 
Məsal, Suriya məsələsinə aydınlıq gətirərkən bildirib ki, Bəşər Əsəd rejimi onlara nə qədər yaxın olsa da, HƏMAS öz xalqına qarşı olan bir rəhbərliyin yanında dayana bilməz:
 
"Suriyadakı hər kəsi məmnun edəcək bir həll yolu istəyirik. Bizə nə qədər yaxın olsa belə, xalqına qarşı olan heç bir hökmdarın yanında dayanmayacağıq. Sionistlərə qarşı bizi dəstəkləyən bir hökmdar olsa belə bu, bizim mövqeyimizi dəyişməz. Biz heç kimin bizi ümmət xalqına qarşı istifadə etməsinə icazə vermərik. Biz bölgədəki digər böhranların bir hissəsi deyilik. Avropanın xristian dövləti belə, bizə kömək edərsə, ona da təşəkkürümüzü bildirərik. Bunlar bizim prinsiplərimizdir, kiminsə əlində alət olmaq, gündəminin bir parçasına çevrilmək istəmirik".
 
Ərəb baharı
 
Məşal “Ərəb baharı”na simpatiyasını gizlətməyib:
 
"HƏMAS-dan kiminsə “Ərəb Baharı” haqqında mənfi fikir söylədiyini bilmirəm. Söyləyibsə, deməli, kimsə onları bu cür danışmağa məcbur edib. “Ərəb baharı” xalqların haqqıdır. Fələstinli olaraq özümüz üçün azadlıq və hürriyyət istəyiriksə, bunu necə digər ərəblərin hüququ olaraq görməyə bilərik? “Ərəb baharı” xalqı demokratikləşmə yoluyla tərəqqiyə  və inkişafa aparan bir prosesdir və bunun reallaşması bizi də gücləndirər”.
 
Türkiyənin dəstəyi
 
Məşal Türkiyə ilə bağlı suala cavab verərkən, uzun-uzadı danışmamağa özən göstərib. Sadəcə, Ankaranın bölgəyə dəstəyinin artacağını ümid etdiklərini vurğulamaqla fikrini tamamlayıb.


 
İran-HƏMAS əlaqələri
 
 Onun ən maraqlı fikirləri ilə İranla bağlı olub. Məşal deyib ki, HƏMAS-ı bu gün İranla əməkdaşlıq etməkdə günahlandıranlar əslində bu əməkdaşlığın əsl cavabdehləridirlər. Çünki HƏMAS-ı İranla müttəfiqliyə onların özləri vadar edib:
 
"Şəriət və siyasi maraqları güdməyə çalışırıq. Qarşımızda sionistlər kimi çox güclü düşmənlərimiz olduğu müddətcə bəzi hesablamalar aparmalıyıq. Bir ərəb xarici işlər naziri mənə dedi ki, “İran bir yardım cəmiyyəti deyil və sizə verdikləri yardımın bir bədəli var ki”? Nazirin fikrincə, bu yardımlar sünni olan HƏMAS-a kömək edən İranın İslam dünyasındakı imicini yaxşılaşdırması üçündür. Mən o xarici işlər nazirinə dedim: “O zaman siz bizə kömək edin, sizin imiciniz düzəlsin”.
 
Başqa bir ərəb məmuru mənə “İran Fələstin davasını öz mənafeyi naminə istismar edir' dedi. “Bəli”, - dedim: - “o zaman siz bizə yardım göstərin, Fələstin məsələsindən maraqlarınız üçün faydalanın. Bizə kömək etməyənlər bizi İranın qucağına atdılar”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 910          Tarix: 7-06-2021, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma