Həmas hərəkatının ali nümayəndə heyəti İran paytaxtı Tehrana rəsmi səfərə gedib.
Ovqat.com xəbər verir ki, hərəkatın yazılı açıqlamasında belə deyilir.
Açıqlamada nümayəndə heyətinin rəhbərinin Saleh əl-Aruri olduğu bildirilir: "Həmas Siyasi Büro sədrinin müavini Saleh əl-Arurinın başçılıq etdiyi ali hümayındə heyəti İranın paytaxtı Tehrana çatdı. Nümayəndə heyəti bir neçə gün davam edəcək səfər çərçivəsində İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək”.
Açıqlamada danışıqlarda “ikitərəfli əlaqələrlə yanaşı, Həmasla Fəth arasında əldə edilən razılaşmanın və Fələstində yaşanan son hadisələrin ələ alınacağı" qeyd olunur.
Qeyd edək ki, İranla yaxşı münasibətlərdə olduğunu hər addımbaşı dilə gətirməkdən xoşlanan Həmas bununla həm ərəb dövlətlərinə təzyiq göstərir, həm də İsraili təhdid edir. Təsadüfi deyil ki, Həmasın Qəzza Sorumlusu Yəhya əs-Sinvar daha əvvəl verdiyi bir açıqlamada təşkilatın İranla əlaqəsinin "yaxşının fövqündə" olduğunu bildirərək, demişdi: "Həmasın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasına ən çox silah dəstəyi verən İran olub. Suriya böhranı səbəbiylə İran-Həmas əlaqələrində bir durğunluq yaşansa da, indi yenidən əvvəlki normal vəziyyət geri qayıdır və bu, müqavimətin də təsir gücünü artıracaq”.
Yəhya əs-Sinvarın bu sözləri də Həmasın İsraillə yeni savaşa hazırlandığından xəbər verir.
Paylaş: