Xəbər lenti

 
HƏMAS ilə təmas qurmadan Fələstin məsələsinin həll yolu yoxdur. Bunu hər zaman birbaşa etmək lazım deyil, amma HƏMAS-ın danışıqlarda hansısa şəkildə iştirak etməsi vacibdir. Çünki HƏMAS masada oturmadan atəşkəs də olmayacaq”.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel İsrail ilə Fələstin arasında atəşkəs ehtimalını şərh edərkən belə deyib.
 
WDR kanalının düzənlədiyi Avropa Forumundakı çıxışı edən Merkelin İsrail-Fələstin münasibətləri barədə konkret mövqe ortaya qoyması və dolayısıyla HƏMAS-ı dəstəkləməsi təsadüfi deyil. Məlumata görə, Təl-əviv HƏMAS-la eyni masada oturmaq istəmədiyi üçün birtərəfli qaydada atəşkəs elan etmək istəyir. Həm İsrail, həm də HƏMAS rəsmiləri bu faktı təsdiqləyib. Hətta adı çəkilməyən HƏMAS rəsmisi CNN-ə açıqlamasında İsraillə atəşkəsin çox yaxın olduğunu, bəlkə də 24 saat ərzində elan ediləcəyini gizlətməyib.
 
Tərəflərin atəşkəs masasına oturmamasının bir başqa səbəbi isə bir-biriylə kəsişən “qırmızı cizgilər”indən güzəştə getməyə hazır olmamaları ilə izah edilir. HƏMAS Təl-əvivdən əsas tələbi “Məscidül-Əqsa Məscidi və Şeyx Cerrah məhəlləsinə hücumlarının sona çatması, Qəzzanın bombardıman olunmasının dayandırması və şəhərin yenidən qurulması üçün bir mexanizm yaratmasıdır”.
 
İsrail isə HƏMAS-ın bütün tələblərini rədd edir və heç bir razılaşmaya ehtiyac duymadan yalnız fələstinli qruplar tərəfindən atəşin dayandırılacağı təqdirdə eyni addımı atacağını vurğulayır. Fələstinli qruplar da Tel-əvivin bu şərtini qəbul etmək istəmirlər. Nəticədə tərəflərin razılığa gəlməsi prosesi ləngiyir.
 
Məlumata görə, İsraillə atəşkəs danışıqlarını HƏMAS adından Misir və Qətər aparır.
 
Almaniya kansleri məhz belə bir məqamda HƏMAS-ı müdafiə edən mövqe sərgiləməsi tarixi yəhudi-alman gərginliyinin közünü qurdalamaq effekti yarada bilər.
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 706          Tarix: 20-05-2021, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma