Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Qara dənizdə Böyük Britaniya və Rusiya arasında yaşanan gəmi insidenti səngimək bilmir.
Ovqat.com xəbər verir ki, iyunun 23-də Böyük Britaniyanın “HMS Defender” hərbi gəmisi Krım sahillərinə yaxın ərazilərə yaxınlaşmış və Rusiyaya aid hərbi gəmi və təyyarələrin xəbərdarlıq atəşindən sonra geri çəkilmişdi.
Hər halda bunu Rusiya tərəfi iddia edir. Rusiya Müdafiə Nazirliyi 2 gün öncə Britaniya hərbi gəmsini təhlükəli əməllərdə və BMT-nin Dəniz hüququ üzrə Konvensiyasını kobud şəkildə pozmaqda günahlandırıb və gəmi heyətinin hərəkətlərinin araşdırılmasını tələb edib. Bu bəyanatdan sonra Böyük Britaniyanın Rusiyadakı səfiri XİN-nə çağırılıb və ona sərt nota təqdim olunub. Rusiya XİN-dən bildiriblər ki, qarşı tərəfin nəzərinə “Rusiyanın sərhədinin nə olduğunu başa düşmürlərsə, onda "biz bombalamağa qadirik” mesajı çatdırılıb.
İddia ilə bağlı açıqlama verən Böyük Britaniyanın Müdafiə Nazirliyi isə belə bir hadisənin ümumiyyətlə baş vermədiyini, adı çəkilən ingilis gəmisinin Ukraynaya aid ərazi sularından “sülh şəraitində” keçib yoluna davam etdiyini bildirib. Nazirliyin iddiasına görə, “HMS Defender” esminetsi ümumiyyətlə Rusiyanın sərhəd sularına yaxınlaşmayıb belə. Ardınca “HMS Defender” gəmisinin komandiri açıqlama verərək, uzaqdan atəş səsi eşitdiklərini bildirib.
Rusiya isə bu iddialarla razılaşmır. Moskvanın iddiasına görə, ingilis gəmisinə ən sərt xəbərdarlıq siqnalı tətbiq olunub: həm təyyarələrdən, həm də gəmilərdən.
Bu gün Pentaqonun mətbuat katibi Con Kirbi də keçirdiyi brifinqdə Rusiyanın Böyük Britaniya hərbi gəmisini Qara dənizdən qovduğu barədə məlumatları yalanlayıb. Kirbinin fikrincə, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiya və “rusların hadisələri baş verənlərə uyğun şəkildə təqdim etməmək cəhdlərinin növbəti nümunəsidir".
Kirbinin bu açıqlamasının ardınca Rusiyanın ABŞ-dakı səfirliyi Qara dənizdə baş verən insidentin videosunu yayıb. 5 dəqiqəlik videoda ingilis gəmisi üzərində rus qırıcıları görünsə də, xəbərdarlıq atəşi açması o qədər də aydın olmur. Videonu çəkən gəmidən isə 2 dəfə atəş açıldığı görülür. Amma doğrudan da rus və ingilis gəmiləri arasında məsafə xeyli uzaq olduğundan “HMS Defender” komandirinin sadəcə qeyri-müəyyən atəş səsi eşitməsi də mümkündür.
Xatırladaq ki, Böyük Britaniya NATO üzvləri arasında Rusiyaya qarşı ən sərt mövqe sərgiləyən ölkədir. Londonun bu il hazırladığı hərbi doktrinada Rusiya 1 nömrəli düşmən kimi göstərilir. Böyük Britaniya gəmisinin Krıma yaxınlaşması və bununla Rusiya ərazisindən keçmədiyini iddia etməsi də əslində bir mesajdır. London bununla Moskvaya Krımın Rusiya ərazisi olmadığını xatırlatmaq istəyir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar