Xəbər lenti
Bu gün, 18:16
Bu gün, 17:17
Bu gün, 16:16
Bu gün, 14:18
Bu gün, 12:26
Bu gün, 12:00
Bu gün, 10:12
Dünən, 22:18
Dünən, 12:24
Dünən, 11:17
Dünən, 09:42
26-10-2025, 23:30

Avropa İttifaqının Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin saytından məlumat verilib.
Məlumata əsasən, Aİ nümayndəsinin XİN-ə çağırılmasına səbəb İttifaq ölkələrinin Belarusa qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketi və həmin sanksiyalara qarşı cavab tədbirlərinin elan edilməsi olub.“Belarus Respublikası Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır. Həmçinin, Aİ ilə readmissiya barədə razılaşmanın fəaliyyətinin dayandırılması prosedurunu başladır. Bununla yanaşı, Belarusun Aİ yanında nümayəndəsi məsləhətləşmələr üçün Minskə çağırılır”, - deyə XİN-in bəyanatında bildirilib.
Bununla yanaşı, bəyanatda sanksiyaların tətbiqində iştirak etmiş İttifaq rəsmilərinin Belarusa girişinin qadağan olunacağı da qeyd olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar




























