Xəbər lenti


Fevralın 22-də Brüsseldə Avropa Birliyinin Belarusa qarşı 4-cü sanksiya paketi müzakirə ediləcək.

Axar.az xəbər verir ki, bunu Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Pavel Latuşko deyib. Onun sözlərinə görə, sanksiyalar paketi tam konfidensial hazırlanır və budəfəki sanksiyalar siyahısına məmurlar, hakimlər, eləcə də güc strukturları nümayəndələri daxil olacaq.

O, hazırda Belarus xüsusi xidmət orqanları və Daxili İşlər Nazirliyinin Belarus xalqına qarşı cinayətlərinin təhqiqatını aparacaq beynəlxalq mexanizm hazırlandığını deyib.



Ana səhifəyə qayıt        Baxış: 2 669          Tarix: 22-02-2021, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma