Xəbər lenti


«ARD» Almaniya telekanalının iyunun 26-da təşkil etdiyi diskusiyada Almaniya Federativ Respublikası (AFR) kanslerliyinə XDİ/XSİ blokundan və ASDP-dan namizədlər - Armin Laşet və Olaf Şols «Şimal axını - 2» qaz kəmərinin istifadəsindən imtina etməyə hazır olduqlarını bildiriblər - kəmərin Rusiya rəhbərliyi tərəfindən Kiyevə təzyiq vasitsəsi kimi istifadə ediləcəyi təqdirdə.

Bununla bərabər, hər iki siyasətçi hesab edir ki, layihə iqtisadi baxımdan əhəmiyyətlidir və onun başa çatdırılmasına tərəfdardırlar. «Yaşıllar» partiyasının həmsədri Annalena Berbokun mövqeyi də dəyişməz qalır - o, qaz kəmərinin tikintisinin dayandırılmasına görə kompensasya ödənilməsinə hazır olduğunu bildirir.

Xristian-Demokratik Ittifaqı (XDİ) partiyasının sədri Armina Laşetin sözlərinə görə, əgər Moskva «Şimal axını-2» kəmərini geosiyasi təsir alətinə çevirərsə, «istənilən an hətta hazır olduğu və istismara buraxıldığı halda belə, onun istifadəsini dayandırmaq mümkün olar».
Siyasətçi həm də qeyd edib ki, hadisələrin tam əlverişsiz olduğu halda AFR-in birgə layihədə iştirakı sadəcə «əhəmiyyətini itirir». Bununla da Şimali-Reyn Vestvaliya federal torpağının Baş-naziri öz mövqeyini təsdiqləyib. Siyasətçi qeyd edib ki, layihənin reallaşdırılacağı təqdirdə onun gələcək istismarı zamanı «Ukraynanın maraqları nəzərə alınmalıdır». O, həm də əlavə edib ki, əgər Rusiya tərəf bu tələbə əməl etməzsə, o zaman «Şimal Axını-2» sövdəsinin əsası mövcudluğunu itirəcək.

Almaniya Sosial-Demokrat partiyasından olan vitse-kansler Olaf Şols da analoji fikirlər söyləyib.

Kansler postuna namizədin mövqeyi Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olması məsələsinə yönəlik heç də qəti olmayıb. XDİ sədri Kiyevə hansısa vədlər verməkdən imtina edib və bu zaman Aİ-nın genişlənməsi zamanı onun işinin effektliliyinin azalacağını önə çəkib.
Baş nazir müavini Ukraynanın Aİ-na tezliklə qəbulunun mümkünsüzlüyünü Avropa İttifaqı daxilində islahatların aparılmasının qaçılmaz olması ilə izah edib. «Ökənin NATO-ya üzvlüyü indiki halda müzakirə olunmur» - namizəd əlavə edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: 29-06-2021, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma