Ukrayna prezidenti Pyotr Poroşenkonun lideri olduğu “Pyotr Poroşenkonun Bloku” fraksiyasından Ali Radanın deputatı Sergey Leşenko şok ittihamla çıxış edib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, deputat ZIK telekenalının efirində erməni əsilli daxili işlər naziri Arsen Avakovu dövlət çevrilişinə hazırlıqda günahlandırıb.
“Arsen Avakovun komandası istənilən ssenarilərə, həmçinin hakimiyyətin güc yolu ilə tutulmasına hazırlaşır. Daxili işlər nazirinin özü baş nazir olmağa hazırlaşır. Axı sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir”, - Leşenko bildirib.
Qeyd edək ki, bu, Avakova qarşı səsləndirilən analoji ilk ittiham deyil. Erməni əsilli daxili işlər naziri Arsen Avakov ötən ilin ortalarında da millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunub.
Arsen Avakov Ukrayna üzrə hazırda əsl siyasi yaşlıdır. O, postu 2014-cü ilin fevralında “Maydan” qələbəsindən dərhal sonra tutub. Avakov hökumətdə keçmiş baş nazir Arseniy Yasenyukun “Xalq Cəbhəsi” Partiyasını təmsil edir. “Xalq Cəbhəsi” “Pyotr Poroşenkonun Bloku” ilə birlikdə parlament koalisiyasında təmsil olunur.
Daxili işlər nazirinin hökmlü ambisiyalarını Ali Radada da bir neçə xatırlayıblar. Fraksiyasız deputat Vladimir Parasyük qeyd edib ki, onun nəzarətində olan “Azov” batalyonu zorakı hakimiyyət dəyişikliyini təşkil etməyə qadirdir. Parlament üzvünün sözlərinə görə, digər könüllü batalyonlar qəsdən zəiflədilib.
Sergey Leşenko qeyd edir ki, hərbi birləşmələrə təsirə malik olan nazir bu halda siyasi lider olmağa qadirdir. “Bu, həmişə riskdir”, - o deyib.
“Novorossiya parlamenti”nin spikeri, Ukrayna parlamentinin keçmiş deputatı Oleq Tsarev 2016-cı ilin avqustunda deyirdi ki, Avakov artıq Ukrayna paytaxtının mərkəzində - “Kiyev” mehmanxanasında dövlət çevrilişi qərargahını hazırlayıb. Avakovun özü isə dövlət çevriliş haqqında iddiaları “səfehlik” adlandırdı.
Ekspertlərin fikrincə, Avakov hazırda yeganə insandır ki, Pyotr Poroşenkoya Ukraynanın bütün güc strukturlarını öz nəzarətində toplamağa mane olur.
Paylaş: