Xəbər lenti


Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin 5 rayonu son sutka ərzində “Taliban”ın nəzarətinə keçib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Bədəxşan əyaləti Şurasının deputatı Əhməd Cavid Mücəddədi KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əyalətin Varduç, Draim, Tegab, Kişim və Tişkan rayonlarına “Taliban”ın eyni zamanda etdiyi hücum nəticəsində həmin ərazilər silahlıların əlinə keçib.

Deputat bildirib ki, hökumət qüvvələri rayon mərkəzlərindən geri çəkiliblər. “Taliban” isə Bədəxşan əyalətinin 7 rayonunu ələ keçirdiklərini bildirib.

Məlumata görə, iyunun 23-də bu bölgənin Haş rayonunu “Taliban” tutmuşdu.

Bədəxşan Tacikistan, Çin və Pakistanla həmsərhəddir.

Bildirilib ki, Əfqanıstanın qərbində İranla sərhəddə yerləşən Herat əyalətində də hökumət qüvvələri ilə “Taliban” arasında atışma gedir.
Herat valiliyinin sözçüsü Fərhad Ceylani açıqlamasında qeyd edib ki, silahlılar İran-Əfqanıstan sərhəd qapısı İslam Qala və yeni sərhəddəki Guryan rayonlarına da hücum edib.

Yerli məsul şəxslərin sözlərinə görə, Əfqanıstandakı 407 rayonun 130-dan artığı “Taliban”ın nəzarəti altındadır. Silahlılar isə 185 rayona nəzarət etdiklərini bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 314          Tarix: 3-07-2021, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma