Xəbər lenti


Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgəri Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qalıb.

Mk.ru xəbər verir ki, onları dövlət sərhədini pozmağa Bədəxşan vilayətinin bir neçə rayonunu ələ keçirən talibançılar məcbur ediblər.

Ölkə qoşunlarına şəxsi heyətini qorumaq üçün Tacikistan ərazisinə keçmək əmri verilib. Onların ümumi sayı min otuz yeddi nəfərdir.

Əfqanıstan silahlı qüvvələrinin “Taliban” hərəkatının basqısı altında Tacikistana doğru hərəkət etməsi ilk dəfə deyil.

22 iyun tarixindən Əfqanıstan əsgərləri dördüncü dəfə sərhədi keçirlər, lakin ən çox say sonuncuda olub.

Qeyd edilir ki, Tacikistan Sərhəd Mühafizəsi əsgərləri humanizm prinsipi əsasında qəbul edir.

Sərhədin mühafizəsi üçün Düşənbə əlavə 20 min hərbçisini səfərbər edir.

oxu.az


Ana səhifəyə qayıt        Baxış: 3 155          Tarix: 6-07-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma