Xəbər lenti


Bu gün Tel-Əviv şəhərində BƏƏ-nin İsraildəki səfirliyi açılıb. Açılış mərasimində İsrailin yeni seçilmiş Prezidenti İshaq Hersoq iştirak edib.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, açılış mərasimi İsrail telekanalları ilə canlı yayımlanıb.

“İsrail prezidenti kimi fəaliyyətimin başlanğıcında BƏƏ-nin İsraildə səfirliyinin açılması kimi tarixi bir hadisədə iştirak etdiyimə görə çox xoşbəxtəm. Biz mümkünsüzlüyü mümkünə çevirdik”, - İ.Hersoq bildirib.

Daha sonra təntənəli şəkildə lent kəsilib.

Qeyd edək ki, iyun ayında İsrailin Əbu-Dabi şəhərində səfirliyinin və Dubay şəhərində konsulluğunun açılışı baş tutub.



Ana səhifəyə qayıt        Baxış: 2 997          Tarix: 14-07-2021, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma