Xəbər lenti
Dünən, 23:22
Dünən, 21:28
Dünən, 19:29
Dünən, 18:58
Dünən, 09:36
30-10-2024, 22:43
30-10-2024, 21:17
30-10-2024, 20:10
30-10-2024, 19:14
30-10-2024, 18:42
30-10-2024, 17:33
30-10-2024, 16:37
30-10-2024, 14:00
Amerika Birləşmiş Ştatlarının (ABŞ) təxliyyə etməyə razılaşdığı Əfqanıstanın bir çox sakini radikal «Taliban» hərəkatının hücumu fonunda Kabilə gələ bilmirlər ki, oradan da onları ABŞ tərəfi götürə bilsin.
Bu barədə şənbə günü «NBC» telekanalı xəbər verib.
«Minlərlə əfqan indi də son öldürücü maneə ilə qarşılaşıb - onlar Kabilə qədər gələ bilmirlər və «Taliban» tərəfindən öldürülmək və ya ələ keçirilmək təhlükəsi ilə üzləşiblər. Bu insanlar ABŞ tərəfindən təxliyyə edilmək hüququna malikdirlər» - dərc olunmuş materialda qeyd edilir.
Kanalın məlumatana görə, bu həftə ABŞ hakmiyyəti elektron poçt vasitəsilə yüzlərlə əfqana məktub göndərib. Bu insanlar əvvəllər ABŞ hərbçilərinə kömək göstəriblər, o cümlələdən, tərcüməçi qismində.
Telekanalın qeyd etdiyi kimi, onlara xəbər verilib ki, ABŞ-a və ya üçüncü ölkələrə təxliyyə olunmaq vaxtıdır. Əfqanlar Kabilə qədər sərbəst gəlməlidirlər ki, onları təxliyyə etsinlər.
«NBC»-nin məlumatına görə, ölkənin bəzi sakinləri ABŞ hakimiyyətinə xəbər veriblər ki, Kabilə gələ bilmirlər, çünki yollar artıq taliblərin nəzarəti altındadır. Onlarla əfqan ABŞ-ın xeyriyyə təşkilatlarına maliyyə köməkliyi xahişi ilə müraciət edib. Onlar bildirirlər ki, Kabilə sərbəst gələ bilmirlər.
Dərc olunmuş materialda ABŞ məmurunun şərhləri göstərilir. O, bildirir ki, ABŞ artıq demək olar, Əfqaıstanda hərbi iştiraka malik deyil və «təxliyyə olunası insanların daşınmasını təmin edə bilmir».
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar