Xəbər lenti

 
ABŞ və İngiltərənin Kabildəki səfirlikləri birgə bəyanat yayaraq, “Taliban”ın Qəndəharda hərbi cinayətlər törətdiyini bildirib.
 
Ovqat.com xəbər verir ki, bəyanatda “Taliban” yaraqlılarının Qəndəharın Spin Boldak rayonunda dinc sakinlərə qarşı qətliam törətdikləri, hadisənin araşdırılmalı və günahkarların məsuliyyətə cəlb edilməli olduğu vurğulanır.
 
"Əgər indi döyüşçülərinizə nəzarət edə bilmirsinizsə, hakimiyyətə gələcəyiniz təqdirdə heç nə edə bilməyəcəksiniz", - bildirilən bəyanatda ölkədə davam edən vətəndaş müharibəsinə son qoyulması və dərhal atəşkəs elan olunması tələbi irəli sürülüb.
 
Qeyd edək ki, Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası “Taliban” yaraqlılarının Spin Boldak bölgəsində 40 -a yaxın mülki şəxsi öldürdüyü və insanların əmlakını qarət etdiyi barədə məlumat yaymışdı.
 
Məlumata görə, iyunun son həftəsində başlayan hücumlarda Taliban Özbəkistan və Tacikistan sərhədində demək olar ki, bütün rayonları ələ keçirilib. Özbəkistanın ən əhəmiyyətli ticarət yolu olan Xeyratan sərhəd qapısını iki tərəfdən mühasirəyə alan Taliban cənub -qərbdəki Qəzni əyalətində cəmləşib.
 
Əfqanıstanda irəliləməyə davam edən Talibanın ələ keçirdiyi İslam Qalası ölkənin İran sərhədində Spin Boldak sərhəd qapısı isə Pakistan sərhədində yeləşir. İslam qalası iyunun 8-də, Spin Boldak isə iyunun 14-də Talibanın nəzarətinə keçib.
 
Taliban hazırda də Əfqanıstanın 407 rayondan 150 -ə tam nəzarət edir. 34 əyalət mərkəzi hökumət qüvvələrinin əlindədir. Digər rayonlarda isə iki qüvvə arasında mübarizə gedir.


Ana səhifəyə qayıt        Baxış: 4 780          Tarix: 3-08-2021, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma