Xəbər lenti

Koreya yarımadasında sülh yalnız ABŞ qoşunlarının Cənubi Koreya ərazisindən çıxmasından sonra mövcud olacaq.

Axar.az xəbər verir ki, bunu Şimali Koreyanın Rusiyadakı səfiri Sin Xon Çxol deyib.

Koreya yarımadasında sülh yaratmaq üçün ilk növbədə ABŞ Cənubi Koreyada yerləşdirdiyi təcavüzkar qoşunlarını və hərbi texnikasını geri çəkməlidir. ABŞ qoşunlarının Cənubi Koreyada yerləşdiyi müddət ərzində Koreya yarımadasında vəziyyətin vaxtaşırı pisləşməsinin əsas səbəbi heç bir halda ortadan qalxmayacaq”, - səfir bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 540          Tarix: 11-08-2021, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma