Xəbər lenti


Koreya Respublikası və KXDR arasında daimi əlaqənin bərpası Seul və Pxenyan arasında münasibətlərin yenidən qurulması prosesində başlanğıc nöqtəsi ola bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə naziri Li İn Yon Seulda koreyalararası münasibətlərə həsr olunan forumda çağırış edib.

İki ölkə arasında əlaqə Şimali Koreyanın Keson şəhərində yerləşən koreyalararası rabitə ofisini partlatdığı iyun ayından etibarən kəsilib.
“Yeni ofisin açılması və əlaqənin bərpası yeni sülh müddətinin başlaması üçün siqnal ola bilər”. – deyə Li İn Yon bildirib.

Ofisin partladılmasını koreyalıların sülh ümidlərini dağıdan səhv addım adlandıran nazir düşmənçiliyin yenidən gərginləşməsinə yol verməməyə çağırıb. O, həmçinin ikitərəfli əlaqənin gücləndirilməsi üçün Seulda KXDR-in, Pxenyanda isə Koreya Respublikasının nümayəndəliyinin açılmasını da təklif edib.

Xatırladaq ki, 2020-ci ilin iyununda Cənubi Koreyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hava şarları vasitəsi ilə Şimala 500 minə yaxın təbliğat vərəqəsi göndərmişdi. Şimali Koreya rəhbərliyi bunu koreyalararası sülh sazişini pozan düşmənçilik kimi qiymətləndirmiş və cavab olaraq Seulla bütün rabitə xətlərini bağlamış, Keson şəhərindəki ofisi partlatmışdı.



Ana səhifəyə qayıt        Baxış: 1 093          Tarix: 23-11-2020, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma