Xəbər lenti

 
Rusiyanın Kabildəki səfirliyi Moskvanın Əfqanıstandakı keçid hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Əfqanıstandakı səfirliyinin nümayəndəsi TASS -ın müvafiq sualını cavablandırarkən bunu bildirib.
 
"Bəli, Rusiya keçid hökuməti ilə əməkdaşlığa hazırdır", - adı çəkilməyən diplomatik nümayəndə belə deyib.
 
Xatırladaq ki, bu gün səhər, Taliban hərəkatının dəstələri ciddi müqavimətlə üzləşmədən Kabula girib, Əfqanıstan hakimiyyəti ilə danışıqlara başlayıb. Ölkə prezidenti Əşrəf Qani istefaya getməklə razılaşıb. 
 
Rusiyanın Kabildəki səfirliyindən "Kommersant" qəzetinə bildiriblər ki, onların əldə etdiyi məlumata görə, prezident Qani prezident sarayından qaçıb və harada olduğu bilinmir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 593          Tarix: 15-08-2021, 18:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma