Xəbər lenti

Əfqanıstanın Əsədabad şəhərində aksiyaçılara atəş açılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkənin Kunar vilayətinin Əsədabad şəhərində Əfqanıstanın Müstəqillik Günü münasibətilə aksiya keçirilib.

Bildirilib ki, “Taliban” qruplaşmasının nümayəndələri dinc aksiyaçılara atəş açıb. İzdiham və atışma nəticəsində bir neçə aksiyaçı həyatını itirib.



Ana səhifəyə qayıt        Baxış: 1 723          Tarix: 19-08-2021, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma