Xəbər lenti

 
Lukaşenko ilə Putin bu gecə telefonla danışıblar. Aliderlər aktual mövzuların müzakirə olunduğu söhbəti yarımçıq saxlayıb səhər saatlarında davam etdirmək barədə razılığa gəliblər.
 
Ovqat.com xəbər verir ki, məlumat Lukaşenkonun rəsmi Telegram səhifəsi hesab olunan “Пул Первого” kanalında yayımlanıb.
 
Liderlərin telefon söhbətində müzakirə etdiyi mövzular
 
"▫️ Əlaqənin iqtisadi komponenti müzakirə edildi. Hazırda yüksək səviyyədə hazır olan həmkarlar ittifaqı proqramlarından bəhs etdik. Konkret qərarlar tezliklə veriləcək.
▫️Həmçinin qarşıdan gələn Qərb-2021 təlimləri müzakirə olunub.
▫️Ətraflı şəkildə Belarusla NATO sərhədlərindəki vəziyyət masaya yatırılıb.
▫️ Hərbi və xüsusi xidmət orqanları üçün kadr hazırlığı sahəsində əməkdaşlıqdan, kütləvi informasiya vasitələri sahəsində qarşılıqlı fəaliyyətdən də danışdıq.
Lukashenka və Putin yaxın gələcəkdə yüksək səviyyəli təmas cədvəli barədə razılığa gəliblər...”, - “Пул Первого” kanalı növbəti paylaşımında bildirib.
 
Maraqlıdır ki, Lukaşenko həmkarı ilə nə qədər “gecə saatlarında” danışdığını iddia etsə də, məlumatın yayınlama vaxtı 21.55-i göstərir. Bu səbəbdən də söhbətin davamının sabaha saxlanılması təəccüb doğurur.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 23-08-2021, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma