Xəbər lenti

G7 liderlərinin onlayn formatda iclası baş tutub.

Axar.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

"G7 liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq", - Stoltenberq deyib.

Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və Talibanı hava limanına girişi təmin etməyə çağırır.



Ana səhifəyə qayıt        Baxış: 1 834          Tarix: 24-08-2021, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma