Xəbər lenti

ABŞ-ın iki hərbi gəmisinin Tayvan boğazından keçməsi provokasiyadır.

Axar.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey deyib.

“ABŞ dəfələrlə oxşar provokativ fəaliyyətlərə yol veriblər. ABŞ Tayvan boğazında sülh və stabilliyin ən böyük dağıdıcı gücüdür. 

O təhlükəsizlik sahəsində ən yüksək risklər yaradır. Bununla bağlı qəti etirazımızı ifadə edir, belə fəaliyyətləri qətiyyətlə qınayırıq”, – deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 990          Tarix: 28-08-2021, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma