Xəbər lenti


Çin Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcılardan ibarət gəmi qrupu Tayvan boğazından keçərək Cənubi Çin dənizinə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Çin donanmasının mətbuat xidmət məlumat yayıb.

Bildirilir ki, “Shandong” gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı qrupu dənizdə gündəlik təlimlər keçməyə hazırlaşır. Çin aviadaşıyıcıları Tayvan adminstrasiyası ilə gərginliyin artması fonunda adaya yaxınlaşır. Tayvan Cənubi Çin dənizində monitorinq keçirmək üçün hərbi qüvvələrini səfərbər etmişdi.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-a məxsus hərbi gəmi də eyni sulardan keçərək Tayvan adasına gedib.

Tayvan adminstrasiyasının Müdafiə Nazirliyi “Shandong”a dörd döyüş gəmisinin yoldaşlıq etdiyini və Çinin şimalındakı Dalian limanından yola çıxdığını bildirib. Adminstrasiya Çin gəmilərinin hərəkətlərini izləmək üçün altı döyüş gəmisi və səkkiz döyüş təyyarəsi göndərib.



Ana səhifəyə qayıt        Baxış: 1 742          Tarix: 21-12-2020, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma