Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşmasının Rusiyadakı statusundan danışıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov status dəyişikliyi barədə danışmaq üçün tez olduğunu vurğulayıb.

"İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir. Bunun üçün Əfqanıstanda yeni hakimiyyətin ilk addımlarına baxmaq lazımdır", - o söyləyib.

Qeyd edək ki, "Taliban" Rusiyada terror təşkilatları siyahısına daxildir.



Ana səhifəyə qayıt        Baxış: 2 295          Tarix: 30-08-2021, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma