Xəbər lenti

"Fransanın cənubundakı Avinyon şəhər məscidi yaxınlığında baş vermiş hadisə terror deyil".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda regional prokurorluğun yaydığı məlumatda bildirilir.

“Avinyon məscidi yaxınlığında naməlum şəxslər arasında mübahisə zəminində atışma baş verib və bu, terror aktı deyil. Hadisə məsciddə yox, onun yaxınlığında olub. Onun məscidlə heç bir əlaqəsi yoxdur”, - deyə prokurorluğun açıqlamasında vurğulanıb.

Qeyd edək ki, iyulun 2-də Avinyonda maskalı 4 nəfər maşınla gələrək, məscidin yaxınlığındakı insanlara atəş açıb. Atəş nəticəsində 8 nəfər yaralanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 3-07-2017, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma