Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
Belorus prezidenti Aleksandr Lukaşenko cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə baş tutan danışıqlardan sonra, sentyarın 9-da bəyan edib ki, iki ölkənin vahid valyutası məsələsinə qayıtmağın mümkünlüyünü istisna etmir.
“Məsələ onda deyil ki, Putin və ya Lukaşenko bu prosesləri ləngidir. Biz bu problemi öyrənən zaman Rusiyanın Mərkəzi Bankı və bizim Milli Bank ildirdi ki, hələlik bu məsələyə toxunmayaq. Onlar bəyan etdilər ki, ölkələrimiz buna hazır deyillər. Biz, bunagörə prolemi kənara qoyduq. Amma bu, o demək deyl ki, biz buna qayıtmayacağıq» - deyə, Lukaşenko izah edib.
Onun sözlərinə görə, prolem vahid emissiya mərkəzinin harada yerləşəcəyindədir Ancaq Lukşenko optimistdir.
“Hətta bizim vaxtımızda da prezidentlə bu prolemi həll edəcəyik” - «İzvestiya» Lukaşenkodan sitat gətirir.
Putin öz növbəsində qeyd edib ki, belə mükəkkəb məsələni tədricən həll etmək gərəkdir.
“Vahid makroiqtisadi siyasətin aparılması vacidir. Bu istiqamətdə ilk addımlar atılıb. Mən demişdim ki, Rusiya və Belorus Mərkəzi bankları pul-kredit siyasətini harmonikləşdirməli, ödəniş sisteminin inteqrasiyasına və maliyyə sahəsində informasiya təhlükəsizliyinə nail olmalıdı…” – deyə, Rusiya lideri bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar