Xəbər lenti

Tacikistan və İran prezidentləri İmaməli Rəhman və İbrahim Rəisi Düşənbədə bir neçə sənəd imzalayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Tacikistan prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, imzalanan sənədlər arasında iqtisadi və texniki tərəfdaşlıq haqqında memorandum da yer alıb.

Tərəflər həmçinin görüş zamanı Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

Rəhman İranın ŞƏT-ə üzvlük prosesinin başlanmasını alqışlayıb.


Ana səhifəyə qayıt        Baxış: 2 171          Tarix: 18-09-2021, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma