Bir il öncə "Borçalı" İctimai Birliyinin sədri seçilən Kərəm Məmmədov postundan gedib. Öz istəyi ilə istefa verən K.Məmmədov bunu səhhəti ilə əlaqələndirib. Publika.az-a açıqlamasında o, bunları deyib:
“Səbəbini istefa məktubunda da qeyd etdim. Səhhətimlə bağlıdır. Həm də dərsliklər işlənməlidir, kitab işlənməlidir. Bir yandan da elmi fəaliyyətimə vaxt ayırmalıyam. Amma bu o demək deyil ki, mən "Borçalı"dan getmişəm. Kim də sədr seçilsə, həmişə ona dəstək olacam. Tədbirlərdə də iştirak edəcəm. Həm də istefa mədəniyyəti deyilən bir şey var. Çənəmiz stola dəyənədək kreslodan yapışıb qalası deyil ki”.
Qeyd edək ki, Borçalı İB Azərbaycanda yaşayan Borçalı əslli vətəndaşların və Gürcüstanın tarixi Borçalı bölgəsinin aborigenləri olan Qarapapaq türklərinin siyasi, sosial, mədəni, dini, etnik və konstitusion hüquqlarının qorunması və təmin edilməsi üçün fəaliyyət göstərir.
Paylaş: