Xəbər lenti

“2020-ci ildə qlobal hərbi xərclər təxminən 2 trilyon ABŞ dollarına yüksəlib”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və tərksilah işləri üzrə nümayəndəsi İzumi Nakamitsui bəyan edib.

Onun sözlərinə görə, dövlətlər arasında beynəlxalq aləmdə artan düşmənçilik nüvə silahından istifadə riskinin yüksək həddə çatmasına səbəb olub.

“Təkcə nüvə deyil, həm də dövlətlər tərəfindən alınmağa davam edən adi silahlar da sülhə təhlükə yaradır. 2020-ci ildə dünyada hərbi xərclər 2019-cu illə müqayisədə 2,6% artaraq 2 trilyon ABŞ dollarına çatıb”.



Ana səhifəyə qayıt        Baxış: 2 616          Tarix: 5-10-2021, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma