Xəbər lenti

Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərləri görüş barədə razılaşıblar.

Axar.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi deyib.

Görüşdə əsas müzakirə mövzusunun Suriya və İran olacağı vurğulanıb.

Səfir görüşün yeri və tarixi haqqında məlumatın Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennettin görüşündən sonra açıqlana biləcəyini deyib:

“Hələlik yalnız ideya var, nə yer, nə də tarix bəlli deyil. Biz nümayəndə heyətlərini özümüz qəbul etməyə hazırıq, amma hələlik qərar verilməyib”.



Ana səhifəyə qayıt        Baxış: 2 866          Tarix: 16-10-2021, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma