Xəbər lenti

İsrail hərbçilərinin Qarabağda yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar böyük səfehlik və fantaziyadır.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.

“Düşünürəm ki, bu, böyük səfehlikdir. Çünki biz Qarabağda Türkiyə və Rusiya hərbçilərinin yerləşdirilməsindən danışırıq. Ona görə də hesab edirəm ki, onlarda (İranın iddiası nəzərdə tutulur - red.) belə bir fantaziya varsa, istənilən şey – hətta marslıların da orada yerləşdirildiyini deyə bilərlər", - deyə səfir bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 050          Tarix: 5-10-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma