Xəbər lenti

 
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerin nüvə silahından istifadə edərək Rusiyanın cilovlanmasının zəruriliyi ilə bağlı sözlərinə cavab verib.
 
Ovqat.com-un rus mediasına istinadən verdiyi məlumata görə, Şoyqu həmkarına Rusiya sərhədlərinə müdaxilənin necə başa çatdığını xatırladıb.
 
Rusiyaya hərbi müdaxilə ilə bağlı çağırışlar fonunda NATO öz qüvvələrini ardıcıl olaraq sərhədlərimizə doğru yaxınlaşdırır. Bunun Almaniya və Avropa üçün artıq necə başa çatdığını Almaniyanın müdafiə naziri yaxşı bilməlidir”, - deyə Şoyqudan bildirib.
 
O vurğulayıb ki, “Avropada təhlükəsizlik çalışmaları Rusiyanın maraqlarına xələl gətirmədən yalnız ümumi xarakter daşıya bilər və bu gün bərabərhüquqlu dialoqa hazır olmayan tərəf NATO-dur”.
 
“Üstəlik, NATO-nun Əfqanıstana müdaxilə planının necə həyata keçirilməsi bütün dünyanın hazırda üzləşdiyi fəlakətlə başa çatıb”, - deyə Şoyqu əlavə edib.
 
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer oktyabrın 21-də NATO-nun Rusiyanın Baltik və Qara dəniz regionları, o cümlədən hava məkanında nüvə silahı ilə tutulması ssenariləri üzərində düşünüb-düşünmədiyi sualına cavab verərək, bunun çox vacib olduğunu söyləyib. Alman nazirin fikrincə, NATO elə mövqe ortaya qoymalıdır ki, Moskva Qərb dövlətlərinin ona qarşı hər cür vasitələrdən istifadə etməyə hazır olduğunu anlasın.
 
Kramp-Karrenbauerin bu sözlərindən sonra Almaniya mətbuatı NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını yazıb. Məlumata görə, NATO Rusiyanın mümkün hücumlarına və terror təhlükəsinə qarşı alyansın cavab planını hazırlayıb. Soyuq Müharibədən sonra NATO-nun belə bir rəsmi plan olmayıb.
 
Onu da xatırladaq ki, NATO-nun aparıcı gücü sayılan ABŞ-ın Müdafiə naziri bu yaxınlarda Qara dəniz ölkələrinə səfər etmiş və görüşdüyü rəsmi şəxslərlə region dövlətlərinin müdafiə gücünün artırılması məsələsini masaya yatırmışdı. ABŞ-ın xüsusilə Ukraynanı ciddi şəkildə silahlandırdığı gözdən yayınmır, Kiyev isə bu hazırlıqların Rusiyanın təcavüzünə qarşı aparıldığını gizlətmir. 
 
NATO-nun son zamanlar Baltikyanı ölkələrin rus təcavüzünə qarşı müdafiə gücünü artırma qayğısına qaldığı da hiss olunur. Bu yaxınlarda Latviyada keçirilən hərbi təlimlər NATO-nun Baltikyanı ölkələrin təhlükəsizliyi ilə bağlı strategiyasının hansı prinsiplərə söykənəcəyi nümayiş etdirildi. Təlimlərdə Latviyanın və digər Baltikyanı ölkələrin Böyük Britaniyanın Hava Qüvvələri tərəfindən qorunacağı mesajı mesajı verildi. Maraqlıdır ki, təlimlərə qatılan ingilis və ABŞ təyyarələri nüvə hücumları taktikalarını məşq etmişdilər. Bu mənada Almaniyanın Müdafiə nazirinin Rusiyanı nüvə hücumu ilə təhdid etməsi gəlişigözəl və məramını aşan fikirlər təəssüratı yaratmır.
 


Ana səhifəyə qayıt        Baxış: 10 210          Tarix: 24-10-2021, 05:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma