Xəbər lenti

 
İsrail ordusunun yüzlərlə əsgərinin telefon nömrəsi, email adresi, şəxsi bilgiləri, habelə, psixoloji durumları və maliyyə vəziyyətləri yazılmış bilgilər hakerlər tərəfindən ələ keçirilib. İsrail mediasının yazdığına görə, bu məlumatlar iranlı hakerlər tərəfindən oğurlanıb. 
 
Ovqat.com xəbər verir ki, bu barədə İsrailin "Vaynet" qəzeti məlumat yayıb.
 
"Moses Staff" adlı haker qrupu tərəfindən Beni Qantzın şəkli ilə bərabər təhdid dolu bir mesaj da nəşr edilib. Mesajda deyilir: "Biz sizin aldığınız hər bir qərardan xəbərdarıq və elə o andaca sizə hücum edə bilərik. Biz İsrail Müdafiə Nazirliyinin gizli sənədlərini, o cümlədən hərbi əməliyyat xəritələrini və nizami bilgiləri əldə etmişik və sizin bu cinayət sənədlərinizi bütün dünyaya təqdim edəcəyik".
 
Haker qrupunun İsrail əsgərlərinə aid bu məlumatları bəzi Telegram kanallarında və "Darnet"də yayınladığı deyilir.
 
Əsgərlərlə bağlı məlumatlarda onların hansı alaya aid olması, hərbi rütbəsi, vəzifəsi və yazışmaları yer alıb.
 
Habelə, hakerlər "biz sizin cinayətlərinizi açmağa davam edəcəyik, işinizin sonuna az qalıb" yazıblar.
 
Xatırladaq ki, bənzər hücum 2020-ci ildə Şirbit Sığorta Şirkətinə qarşı da olub.
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 893          Tarix: 28-10-2021, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma