Xəbər lenti
"ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da online formatda keçiriləcək Demokratiya zirvəsinə dəvətlilər sırasında Türkiyənin olmaması isə haqsızlıqdır".


"AzPolitika.info" xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi ki, Türkiyədə demokratik seçki institutu işləyir: "Türkiyənin demokratik institutları toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır. Onu Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır. Böyük ehtimalla bu məsələdə Türkiyə Prezidentinin şəxsinə olan münasibət rol oynayıb. Ümumiyyətlə, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır".



Ana səhifəyə qayıt        Baxış: 3 260          Tarix: 5-11-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma