Xəbər lenti

  

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Azərbaycanda seçkilərin nəticələri açıqlanmamış ölkə başıçısına zəng vurub qələbə münasibətilə təbrik etdi. Özü də hamıdan əvvəl. Bu gün də Türkiyə mətbuatına nəzər salanda YAP-dan daha artıq seçkiləri tərifləyirlər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da seçkilərə qatılmışdı və o iddia edir ki, seçkilər heç zaman təsadüf olunmayacaq qədər saxtalaşdırılıb. Maraqlıdır, hər zaman Ərdoğanı müdafiə edən siyasətçi kimi ADP sədri Sərdar Cəlaloğlu Türkiyə prezidentinin vaxtından əvvəl təbrikini necə qiymətləndirir?

Ovqat.com-un sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu seçkilərin saxtalaşdırılmasının Azərbyacan xalqının əleyhinə olan yüzlərlə səbəbi var:

“O səbəblərindən də biri seçkiyə görə iki ölkə arasındakı əlaqələri nəzərə alıb, bu prosesi Türkiyə rəhbərliyinin təbrik etməsi ilə bağlı xalqın Türkiyəyə qarşı nifrətini oyatmaqdır. Halbuki, Türkiyə yalnız siyasi mülahizələri nəzərə alıb öz həmkarını təbrik edib. Yəni Azərbaycan-Türkiyə xalqının birliyinin, gələcək əməkdaşlığının qarşısını almaq naminə ruspərəstlərin əsas məqsədi bizi bir-birimizdən və Avropadan uzaqlaşdırmaqdır. Əgər Türkiyədə bu siyasətə, bu tora düşərsə, yəni Avropa ölkələri kimi seçkinin saxtalaşdırıldığını və  Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edərsə, Türkiyə-Azərbaycan əlaqələri kəskin şəkildə pozulacaq və biz strateji müttəfiqdən məhrum olacağıq. Ona görə də Türkiyə taktiki məsələləri arxa plana, strateji maraqları isə önə çəkir və bu məsələlərdə tamamilə düzgün mövqe tutur. Ancaq gördünüz ki, təbrikdə xüsusilə bu seçkilərin demokratik, qanuni keçirilməsi və yaxud xalqın iradəsini ifadə etməsi kimi heç bir ifadə yoxdur.

Bizi Rusiya, bir də Türkiyənin təbrik etdiyini diqqətə çatdıran Cəlaloğlu vurğuladı ki, Rusiya öz adamlarının qələbəsini təbrik edib: “Türkiyə isə iki dövlət arasında strateji müttəfiqlik, bu müttəfiqliyin saxlanması naminə belə bir məktub göndərib”.

Sərdar Cəlaloğlunun fikrincə, seçkilər münasibətilə təbrik mesajı göndərmək üçün səsvermənin nəticəsini gözləməyə ehtiyac yoxdur: “Hətta ayın 9-da səhər saat 8-də Türkiyə dövləti təbrik edə bilərdi ki, seçki başlayıb. Daha seçki necə gedib, hansı nəticələr olub, bununla bağlı münasibət bildirməyib ki, biz Türkiyəni ittiham edək.  Sizin də bu məsələdə Türkiyənin üstünə getməyiniz yanlışdır və əksinə ruspərəst qüvvələr hansı siyasəti aparıbsa, həmin siyasətə dəstək vermək deməkdir.

Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 233          Tarix: 15-02-2020, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma