Xəbər lenti

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına (SƏ) «hava-hava» sinfindən olan raketlərin satılmasını bəyənib.

Bu barədə noyabrın 5-də «Əl-Ərəbiyə» telekanalı xəbər verib.

Səudiyyə Ərəbistanı 650 milyon dollara raketləri və avadanlıqları alacaq.

Noyabrın 4-də imzalanmış saziş həm də digər silahları, ehtiyat hissələrini, ABŞ hökumətinin xidmətlərini və layihələndirmə üçün podratçıları, texniki və logistik dəstəyi əhatə edir.

Saziş haqqında informasiya ondan sonra daxil olub ki, SƏ ABŞ-dan 280 təkmilləşdirilmiş orta mənzilli AIM-120C-7 / C-8 (AMRAAM) raket və 596 raket-atıcı qurğu almaq istəyib.

Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, raketlər Səudiyyəyə sərhədyanı hücumlardan effektli müdafiə olunmağa kömək edəcək.

 Bu hücumlar həm də krallıqda olan 70 min ABŞ vətəndaşını təhdid edir.
Pentaqon öz növbəsində qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanına ona görə, kömək edir ki, krallıq onun Yaxın Şərqdə mühüm müttəfiqidir.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 839          Tarix: 6-11-2021, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma