Xəbər lenti

Bolqarıstanda eyni vaxtda həm prezident, həm də parlament seçkiləri keçirilir.

Artıq ölkənin seçki məntəqələri açılıb, səsvermə başlayıb.

Seçicilər ümumilikdə 31 seçki dairəsi (daha bir dairə xaricdə səs verən vətəndaşlar üçün nəzərdə tutulub) üzrə bölünüb. Seçki dairələrində isə ümumilikdə 11 874 seçki məntəqəsi açılıb.

Ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin ümumi sayı isə 6,6 milyon nəfərdir.

Bu il üçüncü dəfə keçirilən parlament seçkilərində 27 partiya iştirak edir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq yalnız 4 faizlik baryeri keçənlər Xalq Yığıncağında (birpalatalı parlament) təmsil oluna biləcəklər.

Bolqarıstanda parlament seçkiləri ilə paralel şəkildə prezident seçkiləri də keçirilir. Vətəndaşlar 23 namizəd arasından seçim etməlidirlər.

Mənbə: TASS



Ana səhifəyə qayıt        Baxış: 2 149          Tarix: 14-11-2021, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma