Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
Ötən həftə İranın üçüncü böyük şəhəri olan İsfahanda fermerlərin qurumuş çay yatağında quraşdırdığı çadırlar polis tərəfindən yandırılıb, ərazidə atəş səsləri eşidilib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə xəbəri "Radio Fərda" yayıb. Xəbərlərdə deyilir ki, çadırlar təhlükəsizlik qüvvələri tərəfindən yandırılandan sonra şəhər bələdiyyəsi ərazini təmizləməyə başlayıb.
Etirazlar noyabrın 8-də başlanıb. Ötən həftə isə bir qrup etirazçı İsfahandan keçən Zayandehrud çayının qurumuş yatağında çadırlar qurub. Noyabrın 18-də İsfahanda minlərlə insan suyun kəsilməsinə, Zayandehrudun qurumasına etiraz yürüşünə çıxıb.Ötən həftə dövlət televiziyasında və sosial mediada yayılmış foto və videolarda fermerlərin və digərlərinin qurumuş çay yatağında və şəhərin digər yerlərində yığışaraq “Zayandehrud çayını qaytarın” şüarları səsləndirdiyi görünürdü.
Birinci Vitse-prezizdent Məhəmməd Moxber deyib ki, İsfahanda və başqa yerlərdə su problemini həll etmək üçün iclaslar keçirilib.
Son illər İranda oxşar etirazlar baş verir. İyulda Xuzistanda su qıtlığına etiraz yürüşlərində ölənlər olub. İran Meteorologiya Təşkilatı ölkənin 97 faizində müəyyən dərəcədə quraqlıq olduğunu bildirir. Ancaq su böhranının bir səbəbi kimi də pis idarəçilik göstərilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar