Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Noyabrın 19-da İranın İsfahan şəhərində yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirib.
Ovqat.com-un yerli media qurumlarına istinadən verdiyi məlumata görə, qurudulmuş Zayəndərud çayının yanındakı Xacu körpüsünün ətrafında keçirilən möhtəşəm kütləvi etirazlara ətraf kənd və bölgələrinin sakinləri ilə yanaşı İsfahan şəhərinin əhalisi də qatılıb.
İki həftə əvvəldən başlayan etirazlar dünən mitinqə qatılanların sayının artması ilə yadda qalıb və etirazçılar rejim məsullarının səriştəsizliyinə və onların regionun yoxsul və zəhmətkeş əhalisinin taleyinə qarşı biganə qalmasına şüarlar səsləndirərək, hökumətin Zayəndərud çayını əvvəlki vaxtına qaytarmasını tələb ediblər.
Aksiyada “Mənim Zayəndərud çayım hanı”, “Axan Zayəndərud çayı bizim haqqımızdır”, “Zayəndərudu qaytarın və İsfahana nəfəs verin” və digər şüarlar səslənib.
Rejimin quraqlıqda yaşayan İsfahan əyalətində su ehtiyatlarını düzgün idarə etmədiyini bildirən etirazçılar fermerlərin əkin yerlərinə kifayət qədər suyun ayrılmamasına ediblər.
Aksiyada susuzluq nəticəsində ölkənin digər bölgələrinə mühacirət etmək məcburiyyətində qalan yerli kənd sakinlərin acınacaqlı taleyinə laqeyd yanaşması tənqid edilib.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, hökumət qüvvələri əkinçilərin kütləvi etirazını dağıtmaq üçün əvvəlcədən bölgəyə silahlı polis və mülki geyimli təhlükəsizlik qüvvələrini yerləşdirib.
Lakin etirazçıların sayının gözləniləndən daha çox olmasından ehtiyatlanan rejim əhalinin dinc etirazlarına müdaxilə etməkdən və mitinqi dağıtmaqdan çəkinib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar