Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Dekabrın 10-da Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" formatında regional məsləhətləşmələrin ilk iclasında Türkiyəni nazir müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə də həsr olunan toplantıda Rusiya ilə yanaşı, Azərbaycan, Ermənistan və İranın nümayəndə heyətləri iştirak edib.
Bildirilib ki, görüşdə regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv fikir mübadiləsi aparılıb və iştirakçı dövlətlərin ümumi marağına səbəb olan məsləhətləşmələrin praktiki məsələlərə yönəldilməsi razılaşdırılıb.
Sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilib.
Beş ölkənin nümayəndələri fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar və gələcəkdə Gürcüstanın məsləhətləşmələrdə iştirakını arzuladıqlarını bildiriblər.
Sonda qeyd olunub ki, gələcəkdə "3+3" formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar