Xəbər lenti

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardioloquna qarşı cinayət işi açılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölən hərbçinin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Ani Çatinyan bildirib.

“Çağırış komissiyasında Mosiyanın ürəyində problemlə bağlı sənədin olmasına baxmayaraq, onu yenidən ordu sıralarına çağırıblar. Halbuki həmin sənəd əsasında Mosiyanı yenidən əhatəli müayinəyə göndərməli idilər”, - deyə vəkil vurğulayıb.

Məlumata görə, çağırışadək onda gecə süzənəyi və siniri ilə bağlı problem olub. Hərbi xidmətdə olduğu dövrdə Mosiyan tibb məntəqəsinə müraciət edib. Ancaq hərarəti çox olduğu üçün ona tənəffüs yollarının iltihabı diqanozunu qoyublar.

Hərbi xidmətin 10-cu ayında o, ölüb.

Qeyd edək ki, Mosiyan hərbi xidmətə 2016-cı il mayn 29-da başlayıb.

Həbrçinin anası Anjela Mosiyan deyib: “Ömrümün sonunadək oğlumun ölümünün səbəbinə cavab verilməsi uğrunda mübarizə aparacağam. Suren niyə Ermənstanın qurbanı oldu?”.

 




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 7-07-2017, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma