Xəbər lenti
Bu gün, 17:44
Bu gün, 16:15
Bu gün, 13:17
Bu gün, 12:57
Bu gün, 11:22
Bu gün, 10:44
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
NATO Xarici İşlər Nazirləri cümə günü (7 yanvar 2022-ci il) fövqəladə virtual iclas keçirib.
Ovqat.com xəbər verir ki, günün ən mühüm hadisəsi Qazaxıstanın rus ordusu tərəfindən işğalı olsa da, nədənsə virtual iclasda ümumiyyətlə bu məsələyə baxılmayıb. Alyansın baş diplomatları Rusiyanın Ukraynada və onun ətrafında davam edən hərbi gəlişmələri və onun Avropanın təhlükəsizliyinə təsirlərini müzakirə ediblər.
İclasdan sonra çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın təcavüzkar hərəkətlərinin Avropada təhlükəsizlik nizamını ciddi şəkildə pozduğunu bildirib: “NATO Rusiyaya qarşı ikitərəfli yanaşmamıza sadiq qalır: mənalı dialoqla birlikdə, güclü çəkindirmə və müdafiə məsələləri”.
Stoltenberq Rusiyanın ünvanına xoş sözlər deməkdən xəcalət çəkməyib.
“Rusiyanın indi masa arxasına gəlib danışmağa hazır olması müsbət siqnaldır, çünki gərginlik yüksələndə dialoq daha da vacib hala gəlir”, - deyə Baş katib vurğulayıb.
O, həmçinin NATO Xarici İşlər Nazirlərinin görüşünun gələn həftə Rusiya ilə bir sıra diplomatik görüşlər, o cümlədən yanvarın 12-də NATO-Rusiya Şurasının iclası ərəfəsində keçirildiyini xatırladıb. Baş katib deyib: “Biz hər zaman Rusiyanın narahatlıqlarını dinləməyə hazırıq və NATO irəliyə doğru siyasi yol tapmaq üçün hər cür səy göstərəcək. Lakin dialoqun mənalı olması üçün həm də müttəfiqlərimizin Rusiyanın hərəkətləri ilə bağlı çoxdankı narahatlıqlarını aradan qaldırmalıdır. Bu, Avropa təhlükəsizliyinin əsas prinsiplərinə əsaslanmalı və Ukrayna ilə məsləhətləşmələr əsasında aparılmalıdır. Biz həmçinin Gürcüstan, Moldova, Finlandiya və İsveç kimi digər əsas tərəfdaşlarla, eləcə də Avropa İttifaqı ilə sıx məsləhətləşmələr aparırıq”.
NATO-nun rəsmi saytında bugünkü görüş barədə bildirilib: “Nazirlər vurğulayıblar ki, Ukraynaya qarşı hər hansı növbəti təcavüz ciddi nəticələrə gətirib çıxaracaq və bunun Rusiya üçün ağır bədəlləri olacaq. Müttəfiqlər Ukraynanın yanında olmağa davam edir və onun suverenliyini və ərazi bütövlüyünü, eləcə də bütün ölkələrin öz yolları və müttəfiqlikləri barədə qərar vermək hüququna malik olması prinsipini tam dəstəkləyirlər. Cənab Stoltenberq mətbuat konfransında NATO-nun həmişə müttəfiqləri qorumaq və müdafiə etmək üçün lazımi addımlar atacağını, o cümlədən lazım gələrsə kollektiv müdafiəni gücləndirəcəyini açıqlayıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər