Xəbər lenti

Yəmən ordusu ölkənin mərkəzi hissəsində yerləşən Əl-Bayda əyalətində üç rayonu nəzarətə götürdüyünü açıqlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət qüvvələrinin qərargahı məlumat yayıb.

“Ənsarullah” hərəkatının üsyançı birləşmələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəklədiyi ordunun hücumuna tab gətirə bilməyib.

Əl-Bayda əyalətinin strateji əhəmiyyətli Numan bölgəsi də husilərdən azad edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 404          Tarix: 9-01-2022, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma