Xəbər lenti

Pakistanın milli təhlükəsizlik üzrə müşaviri Moeed Yusuf Kabilə səfər edəcək.

“TOLOnews” xəbər verir ki, bu barədə qərar İslamabadda Pakistan Milli Assambleyasının spikeri Əsəd Qayzerin sədrliyi ilə Əfqanıstanın Nazirliklərarası Koordinasiya Qrupunun (AICC) iclasında qəbul edilib.

Rəsmi bəyanatda deyilir ki, Milli Təhlükəsizlik Agentliyinin (NSA) başçılıq etdiyi Pakistan rəsmilərindən ibarət yüksək rütbəli nümayəndə heyəti Əfqanıstan hökuməti ilə yardımla bağlı bütün perspektivlər üzrə gələcək əməkdaşlıq üçün tezliklə Əfqanıstana səfər etməyi planlaşdırır.

Görüş zamanı NSA-nın səfərinin tarixi açıqlanmayıb. Bununla belə, pakistanlı mənbə mətbuata səfərin böyük ehtimalla yanvarın 17-18-i arasında baş tutacağını bildirib: “Biz bir neçə günə nümayəndə heyətini formalaşdırıb, tarixə qərar verəcəyik”.

Bu arada, Pakistan Milli Assambleyasının sədri Əsəd Qayzer bəyan edib ki, dünya əfqan xalqını ehtiyac anında tərk etməməlidir. O bildirib ki, Əfqanıstanda sülh və təhlükəsizlik təkcə əfqan xalqı üçün deyil, həm də Mərkəzi Asiya dövlətləri ilə ticarət və əlaqələrin genişləndirilməsi baxımından Pakistan üçün mühüm perspektivlər açır. 

L.SƏMLA

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 10-01-2022, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma