Putin Türkiyə sayəsində Suriya münaqişəsinin nizama salınmasında irəliləyişin əldə olunduğunu bildirib.
“Cənab prezident, mövqeyiniz sayəsində Suriyada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirmək mümkün olub. Terror qruplaşmalarına ciddi zərbə vurulub və münaqişənin nizama salınması istiqamətində ciddi irəliləyiş əldə edilib. Biz sizin və danışıqlar prosesində iştirak edən bütün partnyorların mövqeyini yüksək qiymətləndiririk”, - Rusiya prezidenti deyib.
Öz növbəsində, Türkiyə prezidenti bildirib ki, Moskva və Ankaranın birgə səyləri region xalqları və bütün dünya ölkələri üçün dəqiq nümunədir. O, əminliyinin ifadə edib ki, G20 sammitində Putinlə görüşü böyük əhəmiyyətə malikdir.
“Şəxsən öz və xalqımın adından Suriya münaqişəsinin nizama salınmasında göstərdiyiniz səylərə görə sizə təşəkkür etmək istəyirəm”, - Ərdoğan vurğulayıb.
Putin Ərdoğana Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksini müzakirə etməyi təklif edib. Danışıqlarda Rusiya tərəfdən Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, Energetika Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin başçıları - Aleksandr Novak və Maksim Oreşkin iştirak edirlər. Türkiyə nümayəndə heyəti tərkibində isə baş nazirin müavini Mehmet Şimşek idilər, Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının başçısı Hakan Fidan yer alıb.
***
12:04
Almaniyanın Hamburq şəhərində G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlanıb.
Publika.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Paylaş: