Xəbər lenti
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
3-02-2025, 16:30
3-02-2025, 15:49
3-02-2025, 15:13
3-02-2025, 14:04
3-02-2025, 13:23
3-02-2025, 12:12
3-02-2025, 11:23
3-02-2025, 10:43
Ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Fransa lideri Makron bu gün Kiyevə yollanıb.
Ovqat.com-un məlumatına görə, Kiyevdə Makronla Ukrayna prezidenti Zelenskinin görüşü gözlənilir.
Ukrayna Xarici işlər naziri Dmitri Kuleba da Makronun Moskvadan gətirəcəyi siqnalları gözlədiklərini bildirib. Bununla belə o, Putinin göndərəcəyi mesajın Ukraynanın “qırmızı cizgilərini” keçməməsinin şərt olduğunu vurğulayıb.
"Bu gün sözün əsl mənasında bu mətbuat konfransından mən Mariinski sarayına gedəcəyəm, burada Ukrayna prezidentinin prezident Makronla görüşü başlayacaq. Mən fransalı həmkarım Jan-İv Le Drianla danışıqlar aparacağam. Əlbəttə, biz hamımız Cənab Makronun Moskvadan gətirdiyi siqnalları maraqla gözləyirəm, amma mən dünən də daxil olmaqla, dəfələrlə demişəm ki, biz dialoqa açığıq, konstruktivik, diplomatik qərar gözləyirik, lakin biz öz iradəmizi pozmayacağıq. “Qırmızı cizgilərimiz" var və heç kim bizi o cizgini keçməyə məcbur edə bilməyəcək", - Kuleba Kiyevdə Avstriya, Çexiya və Slovakiya xarici işlər nazirləri ilə birgə mətbuat konfransında bildirib.
İngiltərənin “The Financial Times” qəzeti isə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun Moskvada keçirilən danışıqlarda Ukrayna ilə bağlı razılıq əldə etməsi barədə məlumat yayıb. Nəşrə Fransa rəsmiləri bildiriblər ki, Vladimir Putin Makrona heç bir yeni “hərbi təşəbbüslər” etməyəcəyinə və planlaşdırılan təlimlər başa çatdıqdan sonra minlərlə rus hərbçisinin Belarusdan çıxarılmasına söz verib.
“Bazar ertəsi fransalı həmkarı Emmanuel Makron ilə danışıqlar zamanı vasitəçiliyi ilə əldə edilən razılaşma Putin tərəfindən təsdiqlənərsə, Rusiyanın Ukrayna sərhədlərinə 100 mindən çox əsgəri yerləşdirməsindən sonra bu, regionda gərginliyi azalda bilər”, - nəşr bildirir.
Kremlin sözçüsü Dmitri Peskov isə bu faktı təkzib edib. Onun bildirdiyinə görə, beş saatlıq danışıqlardan sonra mətbuat konfransında nə Putin, nə də Makron birbaşa belə bir razılaşma əldə etməyiblər. Baxmayaraq ki, Fransa prezidenti rusiyalı həmkarının onu gərginliyin azaldılması barədə danışmağa hazır olduğuna əmin etdiyini deyib.
"Bu, mahiyyət etibarı ilə yanlışdır, Moskva və Paris heç bir sövdələşmə bağlaya bilmədilər. Bu, sadəcə olaraq mümkün deyil", - Peskov vurğulayıb.
Onun sözlərinə görə, "Fransa AB-yə sədrlik edən ölkədir, Fransa həm də NATO-nun üzvüdür, burada təkcə Parisin rəhbərliyi yoxdur. Bu blokda rəhbərlik tamamilə başqa ölkəyə məxsusdur. Hansı sövdələşmələrdən danışmaq olar? Qəzet sadəcə olaraq səhv yazıb”, –deyə Peskov sözünü yekunlaşdırıb.
Maraqlıdır ki, Makronun gəlişini gözləyən Kiyevdə bir sıra diplomatik görüşlər də təxirə salınıb. Ən diqqəti cəlb edən “ixtisar” Almaniya Xarici İşlər naziri Annalena Baerbokla Zelenskinin əvvəlcədən planlaşdırılan görüşüdür. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Baerbokun Kiyevə rəsmi səfəri çərçivəsində Zelenski ilə planlaşdırılan görüş Ukrayna liderinin iş qrafikinin intensivliyi səbəbindən ləğv edilib.
Baerbok isə bu səfərin Fransa xarici işlər naziri Jean-Yves Le Drian ilə birgə planlaşdırıldığını və fransalı həmkarının proqramının ləğvi ilə bu görüşün də təxirə salındığını bildirib.
Almaniyada yayımlanan N24 telekanalı Zelenski-Baerbok görüşünün Ukrayna tərəfinin təşəbbüsü ilə ləğv edildiyini iddia edib. Halbuki Almaniya Xarici İşlər Nazirliyi ötən həftə Baerbokun Zelenski ilə görüşəcəyini bildirmişdi.
Bir sıra alman mediası görüşün təxirə salınmasını Ukrayna rəsmilərinin bu ölkəyə silah verməyən Berlinə qəzəbləndiyindən irəli gəldiyini bildirsələr də, zənnimizcə, əsl səbəb Makronun həlledici cavabla Moskvadan Kiyevə uçmasıdır. Görünən budur ki, Rusiyanın öz ordularını Ukrayna sərhədlərindən geri çəkəcəyinə və hücum etməyəcəyinə zəmanət alındıqdan sonra əlavə görüşlərə ehtiyac qalmayıb. Sözsüz ki, Rusiya bu sözü güzəştsiz verməyib. Amma Moskvanın əldə etdiyi bu güzəştlər hansı səviyyədədir və Kiyev bununla razılaşacaqmı, bütün bu kimi suallar Makronun Kiyev görüşündən sonra bəlli olacaq. Hələlik isə görünən budur ki, alınan cavab Ukrayna ətrafında gərginliyi azaldacaq mahiyyətdədir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər