Xəbər lenti
Bu gün, 16:05
Bu gün, 15:14
Bu gün, 14:54
Bu gün, 13:27
Bu gün, 12:37
Bu gün, 10:13
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.
Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.
Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























