Xəbər lenti
 
 
ABŞ-dan Ukraynaya hərbi sursat gətirən 5-ci təyyarə Kiyev aeroportuna enib. Təyyarədə 84 ton hərbi sursat gətirilib.
 
Ovqat.com-un məlumatına görə, Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov facebook səhifəsində paylaşdığı statusunda bunu bildirib.
 
"Bəli, əziz dostlar, beşinci “quş” Kiyevdə! Amerika Birləşmiş Ştatlarından Ukraynaya daha 84 ton müxtəlif çaplı patronlar gəlib! Yaxın günlərdə biz ABŞ-dan olan dostlarımızdan Silahlı Qüvvələrimiz üçün növbəti müdafiə sursatları gözləyirik”. Reznikov statusunda yazıb.
 
Hər təyyarədə təxminən eyni miqdarda yük daşındığını nəzərə alsaq, bu, son zamanlar ABŞ-dan Ukraynaya 420 ton silah-sürsat gətirildiyi göstərir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 890          Tarix: 1-02-2022, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma